Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Şou-biznesdə qanunları Aygünlə mən yazırdım”

“Şou-biznesdə qanunları Aygünlə mən yazırdım”

Tarix: 9 Oktyabr 2022 21:00

"Şou-biznesdə qanunları iki nəfər yazırdı: Aygün və mən. O birilər isə ona tabe olurdu".

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki,  bu sözləri Xalq artisti Faiq Ağayev "Astar" yutub layihəsində deyib. Müğənni şou-biznesin illər əvvəlki halından danışıb. F.Ağayev bildirib ki, o vaxtlar bu aləmdə bütün qanunları özü və Xalq artisti Aygün Kazımova yazıb:

"Biz dostuq. İki qoçun başı bir qazanda qaynamaz. İki güclü adam təbii ki, arada mübahisə edəcək, olan şeydir.

Hər keçənə düşmən demək olmaz. Aygünlə rəqib olmuşuq, hələ də rəqibik. O da, mən də çalışıram. Əvvəlki dadı yoxdu şou-biznesin. İndi oxuyan çoxdur. 2008-ci ildə Azərbaycanın ən gənc Xalq artisti olanda Polad Bülbüloğlu dedi ki, konsert verməsən, mahnı yazmasan bu fəxri ad heç nədir, bir də dava dalaş bitməlidir. Qulağımda sırğa oldu və o vaxtdan qalmaqal bitdi".

F.Ağayev gəlirindən söz açıb:

"Konsertdən qazanıram. Ən az 2 ay bəs efir. Şou proqramda çıxış etmək formada qalmaq deməkdir.

Gündəlik xərcimi ödəyirəm. Elə ay olur ki, 20 toya getmişəm. Ayda 3 toy olanda dolana bilirəm: yeni maşın, ev almamaq şərtiylə. Telefonumu 5 il əvvəl almışam. Məndə tacirlik bacarığı yoxdu. Ancaq sənətdən qazanıram".

İfaçı Türkiyə və Rusiyada məşhurlaşmaq istəyənlər haqda suala "Onlar heç kimj içlərinə buraxmırlar. Biz hamıya qucaq açırıq. Manana gürcüdür, gəlib "Əməkdar artist" olub. Onu efirə əcnəbi olduğu üçün dəvət etməməzlik etmirik.  Heç kim deyə bilməz ki, hansısa azərbaycanlı müğənnidən az qazanır" cavabını verib.


Etiketlər:  Şou biznesdə qanunları Aygünlə mən yazırdım


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ