Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ABŞ vətəndaşlarını Ukraynanı dərhal tərk etməyə çağırdı

ABŞ vətəndaşlarını Ukraynanı dərhal tərk etməyə çağırdı

Tarix: 10 Oktyabr 2022 14:30

ABŞ səfirliyi vətəndaşlarını Ukraynanı dərhal tərk etməyə çağırıb.

Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə ABŞ-ın Kiyevdəki səfirliyinin "Twitter" səhifəsində məlumat yerləşdirilib.

Səfirlik ABŞ vətəndaşlarını sığınacaq yerlərində qalmağa və təhlükəsiz olduqda mövcud olan yerüstü nəqliyyat vasitələrindən istifadə edərək Ukraynanı tərk etməyə çağırıb.

"Ukraynada təhlükəsizlik vəziyyəti çox dəyişkəndir və vəziyyət xəbərdarlıq edilmədən pisləşə bilər. ABŞ vətəndaşları ayıq olmalı və təhlükəsizlik məlumatlarını vaxtında əldə etmək üçün müvafiq addımlar atmalıdırlar".

Qeyd edək ki, bu gün səhər saatlarından başlayaraq Rusiya qanadlı raketlərlə Ukraynanın Kiyev, Xarkov, Odessa və Lvov da daxil olmaqla, bir sıra şəhərlərini bombalamağa başlayıb.


Etiketlər:  ABŞ vətəndaşlarını Ukraynanı dərhal tərk etməyə çağırdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ