Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Şəhriyar qəsəbəsində su problemi yaşanır - VİDEO

Şəhriyar qəsəbəsində su problemi yaşanır - VİDEO

Tarix: 10 Oktyabr 2022 19:32

Şamaxın rayonunun Şəhriyar qəsəbəsində 2 min nəfərin yaşadığı ''Zaratlılar'' məhəlləsi susuz qalıb.

Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, su üzünə həsrət qalan vətəndaşlar əllərində qablarla yaşadıqları yerdən uzaqda yerləşən bulağa axın edirlər.

Sakinlər uzaq məsafədən avtomobil, əl arabası və yaxud piyada su daşıyırlar.

Onlar iddia edirlər ki, uzun müddətdir heç kimin evinə su gəlmir. Əvvəllər insanlar küçələrindəki bulaq hesabına su ehtiyaclarını təmin edirdilər. Bir neçə ildir ki, həmin bulaqların suyu quruyub. Ona görə də insanlar suya olan tələbatlarını maşınlar və yaşadıqları məhəllədən çox uzaqda yerləşən bulaqlar vasitəsilə təmin edirlər.

Məsələ ilə əlaqədar qəsəbənin bələdiyə sədri Sabir Mikayilov bildirib ki, təxminən 50 ailənin yaşadığı məhəllədə bir neçə ildir su problemi yaşanır. Mövcud vəziyyətlə bağlı aidiyyəti üzrə məlumat verilib.

Qeyd edilib ki, yeni xətlər çəkildikdən sonra 2 min sakinin içməli su problemi həll ediləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Milli.Az


Etiketlər:  Şəhriyar qəsəbəsində su problemi yaşanır VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ