Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycanın futzal millisi növbəti oyununu keçirəcək

Azərbaycanın futzal millisi növbəti oyununu keçirəcək

Tarix: 11 Oktyabr 2022 08:44

Futzal üzrə Azərbaycan millisi bu gün dünya çempionatının əsas seçmə mərhələsində növbəti oyununu keçirəcək.

Joze Alesionun baş məşqçi olduğu komanda VI qrupda Yunanıstanın qonağı olacaq.

Afinadakı qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayacaq. Görüşü Ademir Avdiçin başçılıq etdiyi isveçli hakimlər idarə edəcək.

Azərbaycan yığması ötən tur Polşanı 4:3 hesabı ilə məğlub edib. Yunanıstan isə eyni rəqibə 3 cavabsız qolla yenilib.

Dünya çempionatı, seçmə mərhələ

11 oktyabr

19:00. Yunanıstan - Azərbaycan

Baş hakim: Ademir Avdiç (İsveç)

Afina.

Milli.Az


Etiketlər:  Azərbaycanın futzal millisi növbəti oyununu keçirəcək


RƏYLƏR