Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Oktyabr 2022 08:44
Tacikistanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Mərkəzi Asiya regionunun "Sərhəd-2022" kollektiv çevik qüvvələrin yerləşdirmə təlimləri başlayıb.
Hərbi qulluqçular təlimlərdə döyüş əməliyyatlarına hazırlıq və onların aparılması qaydalarını hazırlayacaqlar. Əsas diqqət KTMT üzvü olan ölkəyə nüfuz etməyə çalışan qeyri-qanuni silahlı birləşmələrlə mübarizə bacarıqlarının artırılmasına yönəldiləcək.
Təlimin əsas hissəsi oktyabrın 17-21-də Tacikistanın paytaxtı Düşənbədən 140 km cənubda yerləşən Xarbmaydon poliqonunda baş tutacaq. Təlimlərdə 1 000-ə yaxın şəxsi heyət və 300-dən çox hərbi texnika, o cümlədən təyyarələr, helikopterlər və PUA-lar iştirak edəcək. Təlimlərin iştirakçıları Mərkəzi Asiya ölkələri, eləcə də KTMT-nin birgə qərargahının əməliyyat qruplarıdır.