Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Oktyabr 2022 20:54
İrkutsk vilayətində 34 yaşlı kişi 34 yaşlı həyat yoldaşı, iki yaşlı qızı və 57 yaşlı qohumunun olduğu evi yandırıb.
Sonxeber.net bildirir ki, bu barədə Rusiya İstintaq Komitəsinin regional idarəsindən məlumat verilib.
Məlumata görə, oktyabrın 12-nə keçən gecə Yuxarı Kukut kəndində yaşayış evi yanıb. Alov söndürülən zaman evdə 3 nəfərin meyiti tapılıb. Polis, müstəntiq və kriminalistlər hadisə yerində olublar. Mütəxəssislər evin yandırıldığını müəyyən ediblər. Fakta görə Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsinin 2-ci hissəsi ("Qətl") ilə iş başlanıb.
Ehtimal olunub ki, kişi evə yanar maye tökərək yanğın törədib. Onun ailə üzvləri çölə çıxa bilməyib və diri-diri yanıblar.
Oktyabrın 13-də günortadan sonra müstəntiqlər şübhəlinin yerini müəyyən ediblər. O, yanıqlardan dünyasını dəyişib, meyiti kənd yaxınlığında tapılıb.
İrfan Vəliyev