Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Oktyabr 2022 08:16
SpaceX şirkəti ABŞ-ın Müdafiə Nazirliyinə Ukraynada "Starlink" peyk internetinin maliyyələşdirilməsi üçün müraciət edib.
Sonxeber.net teleqraf.com-a istinadən bildirir ki, SpaceX şirkəti Ukraynada "Starlink" peyk internet sistemini sonsuzadək maliyyələşdirə bilməyəcəyini açıqlayıb.
Şirkətin rəhbəri İlon Mask Tvitterdə bildirib ki, "SpaceX şirkəti indiyədək yaranan xərcləri tələb etmir, lakin o mövcud sistemi sonadək maliyyələşdirə və əlavə minlərlə terminal tədarük edə bilməz. Belə terminalların xərci məişətdə işlədilənlərdən 100 dəfə çoxdur.
Ukraynda münaqişə başlayandan bir neçə gün sonra SpaceX şirkəti ölkəni "Starlink" peyk internet sistemi ilə təchiz edib. Bu sistem sayəsində ukrayna ordusu həm etibarlı rabitə sistemi qura, həm də PUA-ları yönləndirə bilir. Son günlərdə isə sistemdə müəyyən boşluqlar aşkar edilib.