Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Su basan magistralda ağır qəza - 7 yaralı

Su basan magistralda ağır qəza - 7 yaralı

Tarix: 15 Oktyabr 2022 09:52

Tovuzda ağır yol-nəqliyyat hadisəsi baş verib. 

Milli.Az bildirir ki, hadisə Bakı-Qazax magistal yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan "Mercedes Vito" markalı mikroavtobusla "KamaZ" markalı yük maşını toqquşub. 

Qəza zamanı mikroavtobusda olan Nuray Namazova (2005), Laçın  Şəmilova (1986), Rasim Namazov (1977), Leyla Namazova (1985), Nurgün Namazova  (2002) və daha 2 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Yaralıların vəziyyətinin kafi olduğu bildirilir. 

Qeyd edək ki "Mercedes Vito" Bakıdan Qazax gedirmiş. Faktla bağlı araşdırma aparılır.

Məlumat üçün bildirək ki, bu gecə Bakı şəhərini içməli su ilə təmin edən Kür-Bakı magistral su kəmərinin Qaradağ rayonu ərazisində qəza olub, nəticədə ətraf əraziləri, o cümlədən Bakı-Qazax avtomagistralını su basıb. Qəzanın bu səbəbdən baş verməsi istisna deyil.

Milli.Az


Etiketlər:  basan magistralda ağır qəza yaralı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ