Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İki dəfə ardıcıl koronavirusa yoluxan Rinqo Starr ABŞ turunu ləğv edib

İki dəfə ardıcıl koronavirusa yoluxan Rinqo Starr ABŞ turunu ləğv edib

Tarix: 15 Oktyabr 2022 13:40

Britaniyalı musiqiçi və keçmiş "Beatles" üzvü Rinqo Starr Şimali Amerika turnesini ləğv edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, ifaçının iki həftə ərzində ikinci dəfə koronavirusa yoluxduğu bildirilib. Onun testi sağaldıqdan sonra yenidən müsbət nəticə göstərib.

Turun ikinci mərhələsinin ləğvi Ringo tərəfindən "yenidən yolda" olduğunu elan etdikdən üç gün sonra baş tutub.

"Əminəm ki, siz də mənim kimi təəccüblənəcəksiniz. Koronavirus üçün testim yenidən müsbət çıxdı. Qastrol konsertlərimin qalan hissəsi də ləğv edilib", - Starr "Twitter"də yazıb.

Qeyd edək ki, oktyabrın 4-də 82 yaşlı musiqiçiyə koronavirus diaqnozu qoyulduğu bildirilib.

Milli.Az


Etiketlər:  İki dəfə ardıcıl koronavirusa yoluxan Rinqo Starr ABŞ turunu ləğv edib


RƏYLƏR