Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Evimizdə günəş paneli quraşdırmaq neçə manata başa gəlir? - VİDEO

Evimizdə günəş paneli quraşdırmaq neçə manata başa gəlir? - VİDEO

Tarix: 15 Oktyabr 2022 16:52

Ölkədə günəş panellərindən istifadə genişlənib. 

Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, elektrik enerjisinə qənaət məqsədilə istifadə olunan günəş panellərinin qiyməti isə ötən il ilə müqayisədə bir qədər enib. Alternativ enerji şirkətinin təsisçisi və biznes meneceri Orxan Quluzadə bildirir ki, hazırda Azərbaycanda günəş panelləri istehsal edən müəssisə yoxdur. Lakin xaricdə istehsal olunan panellərin də qiyməti münasibdir. Azərbaycanda satış qiymətləri isə panellərin gücündən və ölçüsündən asılı olaraq dəyişir. 

Orxan Quluzadə deyir ki, çatdırılma və quraşdırılma xərclərini çıxdıqdan sonra ən ucuz günəş paneli 900-1000 manat arasında dəyişir. Ən bahalısı isə 30-40 min manatadək çata bilir. Onun sözlərinə görə, elektrik sərfiyyatı yüksək olan evlərə günəş panellərin quraşdırılması daha məqsədəuyğundur. Aylıq elektrik xərci 300 manat olan böyük evlərdə 10 min manatlıq günəş paneli quraşdırılarsa, bu, ayda 100 manatlıq qənaət deməkdir. 

Ucqar kəndlərdə fəaliyyət göstərən fermerlərin dediyinə görə, günəş panellərinin fermalara quraşdırılması elektrik enerjisi olmayan həmin ərazilərdə müsbət nəticə verib.

Alternativ enerji şirkətlərinin nümayəndələri hesab edirlər ki, sərfiyyatdan asılı olaraq kiçik evlərdə günəş panellərinin quraşdırılması gözlənilən effekti verməyə bilər.

Milli.Az


Etiketlər:  Evimizdə günəş paneli quraşdırmaq neçə manata başa gəlir VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ