Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Oktyabr 2022 17:12
Bu musiqini ifa etmək bacarıq tələb edir. Elə bu çalğı alətini hazırlamaq kimi.
Zöhrab Mürsəlov düz 20 ildir ki, tar ustası kimi fəaliyyət göstərir. O tarın çanağını tut ağacından, qol və kəllə hissəsini isə qoz ağacından hazırladığını deyir. Zöhrab usta tarın əsrarəngiz səsə sahib olmasının əsas səbəbi kimi də məhz alətin hazırlanmasında istifadə edilən ürək pərdəsini göstərir.
Sonxeber.net Xəzər Xəbər-ə istinadən xəbər verir ki, Zöhrab Mürsəlov 1 aylıq sifarişlərini qarşılamaq üçün 40 ədəd ürək pərdəsindən istifadə edir.
Bəzi musiqi alətləri də var ki, heyvanların dərisindən hazırlanır.
Tarların qiyməti ölçüsünə və formasına görə dəyişir. Uşaq tarları 200 - 300 manata, orta ölçülüsü 600 - 700, professional, yəni böyük tarlar isə 1000 manat və daha yüksək qiymətə satılır.