Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Oktyabr 2022 22:36
Britaniyada eko-aktivistlər yenidən öz etiraz formaları ilə gündəm olublar.
Sonxeber.net "qafqazinfo"ya istinadən xəbər verir ki, "Just Stop Oil" ətraf mühit hərəkatının fəalları dəbdəbəli "Aston Martin" markasının pəncərəsini sprey boya ilə rəngləyiblər. Bununla da onlar yeni neft və qaz yataqlarının işlənməsinə qarşı çıxdıqlarını bildiriblər.
Xatırladaq ki, ötən gün hərəkatın iki üzvü Londondakı Milli Qalereyaya soxularaq holland rəssamı Vinsent van Qoqun ən məşhur rəsmlərindən biri olan "Günəbaxanlar"a pomidor şorbası atmışdılar.