Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Oktyabr 2022 07:10
Almaniyanın xarici işlər naziri Annalena Berbok hesab edir ki, hazırda Ukrayna üçün HHM sistemləri prioritetdir.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bu barədə diplomat Phoenix kanalına müsahibəsində bildirib.
"Ötən həftə biz hava hücumundan müdafiənin nə dərəcədə əhəmiyyətli olduğunu gördük. Xoşbəxtlikdən, Kiyevə atılan raketlərin yarısı bizim göndərdiyimiz silahlar sayəsində vuruldu" - deyə Berbok bildirib.
Alman diplomat bildirib ki, hazırda Kiyevə tank verilməsi ikinci dərəcəli işdir, HHM sistemlərinin verilməsi daha vacibdir.