Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rusiya olmasa, biz də məhv olarıq - Vulin

Rusiya olmasa, biz də məhv olarıq - Vulin

Tarix: 17 Oktyabr 2022 12:26

Serbiyanın mövcudluğu Rusiya ilə dostluqdan asılıdır.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu Serbiyanın daxili işlər naziri Aleksandr Vulin deyib.

"Hesab edirəm ki, Rusiya ilə dostluq böyük əhəmiyyət kəsb edir. Rusiyasız biz Serbiyanın fiziki yoxa çıxması riskini daşıyırıq. Rusiya, Çin və digər azad ölkələrlə münasibətlər Serbiyanın gələcəyidir", - o bildirib.

Nazirin sözlərinə görə, Belqrad Moskvaya qarşı sanksiyalar tələb edən avropalı tərəfdaşlar tərəfindən şiddətlə şantaj edilir:

"Nə qədər tez qəbul etsək ki, onlar bizi istəmirlər və orada (AB-də - red.) bizə yer yoxdur, bizim üçün bir o qədər yaxşıdır".

Milli.Az


Etiketlər:  Rusiya olmasa biz məhv olarıq Vulin


RƏYLƏR