Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Novruz Məmmədovun müğənni kürəkəni ata-baba torpağı Ağdamda - VİDEO

Novruz Məmmədovun müğənni kürəkəni ata-baba torpağı Ağdamda - VİDEO

Tarix: 17 Oktyabr 2022 19:00

"Şükür edirəm ki, Ağdamın "Abdal Gülablı"ya gəlmişəm. Həqiqətən, bu, böyük xoşbəxtlikdir. İlk qədəm qoyduğum "Abdal Gülablı"nın havasından, iyindən əmin oldum ki, bu torpaqlar müqəddəsdir. Allah şəhidlərimizə rəhmət eləsin! Onlar qanı və canı bahasına bu torpaqları düşməndən azad etdilər".

Milli.Az bizim media-ya istinadən xəbər verir ki, bu sözləri xanəndə Pərviz Qasımov çəkildiyi "Ağdam və mən" verilişində deyib.

Sözügedən proqramın çəkiliş heyəti ilə birgə ata-baba torpağı Ağdamın "Abdal Gülablı" kəndinə yollanan xanəndə xatirələri ilə bölüşüb.

Pərviz bildirib ki, onun ailəsinin bütün kişi üzvləri Birinci Vətən müharibəsində iştirak ediblər.

"Sevinirəm ki, atam, babam bu torpaqda anadan olub. Uzun illər atam Ağdamın polis batalyonunun komandiri olub və bu torpaqlarda vuruşub. Babam 57 yaşında müharibə vaxtında atama gəlib qoşuldu. O da müharibədə iştirak etdi. Kiçik əsgər əmim də bu torpaqda vuruşub. Ailəmizin bütün kişi üzvləri müharibədə iştirak edib. Evdə yalnız xanımlarımız olub. Bakıda anadan olmağıma baxmayaraq, qanım bu torpaqdan keçdiyi üçün fəxr edirəm".

"Abdal Gülablı"ya ayaq basdığına görə xoşbəxt olduğunu söyləyən P.Qasımov illərlə bu torpaqları xatirində canlandırmaq üçün köməyinə yalnız foto və videokasetler gəlib.

"Bizim tez-tez "Abdal Gülablı"da toylarımız olurdu. Atamın və nənəmin gucağında toylara getmişəm. Amma ağlım kəsmirdi. Buranı yalnız şəkillərdə, videokasetlərdə görmüşdüm. Ən böyük xoşbəxtlik valideyinlərimin burada yaşamasıdır. Onlar buranın havası udub, suyunu içiblər".

Qeyd edək ki, Pərviz Qasımov "Şərəf", "Şöhrət" ordenli, keçmiş Baş nazir Novruz Məmmədovun kürəkənidir. O, N.Məmmədovun qızı Gülya Məmmədova ilə evlidir. Cütlüyün Qasım adlı oğlan övladı var. Pərvizin xanımı Gülya 17 il əvvəl "Zuzu" ləqəbi ilə Əməkdar artisti Elza Seyidcahanla birlikdə "Mən aktyoram" mahnısı duet şəklində ifa edib, klip çəkdiriblər.

Gülya qonaq olduğu "Zaurla Günaydın" səhər verilişində hazırda "Rabitə Nazirliyi"ndə beynəlxalq şöbədə sektor müdiri vəzifəsində çalışdığını açıqlayıb. O bildirib ki, 2018-ci ildə Prezident tərəfindən "Tərəqqi" medalı ilə təltif olunub.

Milli.Az


Etiketlər:  Novruz Məmmədovun müğənni kürəkəni ata baba torpağı Ağdamda VİDEO


RƏYLƏR