Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Oktyabr 2022 08:22
"Bu, uşaqlıq arzum idi. Mən bunu düşünərək böyümüşəm".
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, bunu "Qızıl top"un qalibi Kərim Benzema mükafatı alarkən deyib.
Fransa millisinin və "Real"ın forvardı fikrinə belə davam edib:
"Həyatda iki kumirim olub - Ronaldo (Nazario) və Zidan. Mən heç vaxt qollarımı aşağı salmamışam və xəyalımı beynimdə saxlamışam. Elə dövr olub ki, millidə yox idim, amma qollarımı aşağı salmayıb işləyirdim. Çətin oldu və bu, məni yalnız zehni səviyyədə gücləndirdi. İşimdən razıyam və çox xoşbəxtəm. "Real"dakı və millidəki komanda yoldaşlarıma təşəkkür edirəm. O cümlədən də, mənim ailəmin bir üzvü olan "Real"ın böyük prezidentinə. Həmçinin Lyon akademiyası və prezidenti Aulas sayəsində "Real"da oynamaq arzumu həyata keçirdim. Bu, xalqın "Qızıl topu"dur. Bu, siyasi mesaj deyil, mənşəyimə görədir. Onlar mənə incə anlarda kömək etdilər".