Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qızına zəhər içirdib pəncərədən atdı

Qızına zəhər içirdib pəncərədən atdı

Tarix: 18 Oktyabr 2022 20:22

Rusiyada, Yaroslavl vilayətində məhkəmə 26 yaşlı Rostov sakinini dörd yaşlı qızını öldürməyə cəhddə təqsirli bilərək 5 il müddətinə azadlıqdan məhrum edib.

Sonxeber.net bildirir ki, bu barədə Rusiya İstintaq Komitəsinin regional idarəsindən məlumat verilib.

Qadın azyaşlı olduğu məlum olan şəxsi öldürməyə cəhd maddəsi ilə təqsirli bilinib. O, cəzasını cəzaçəkmə müəssisəsində çəkəcək.

Məlumata görə, 2021-ci ilin oktyabrında Pervomayskaya küçəsində qadın qızını öldürmək qərarına gəlib, bunun üçün suya həşərat zəhəri əlavə edib və uşağa şpris vasitəsilə içmək üçün məhlul verib. Sonra ana qızın bundan ölmə ehtimalının az olduğunu düşünüb və onu üçüncü mərtəbədən pəncərədən atmaq qərarına gəlib.

Məlum olub ki, yoldan keçənlər ölmək üzrə olan qızı taparaq reanimasiyaya aparıblar və bunun sayəsində o, xilas edilib.

İrfan Vəliyev


Etiketlər:  Qızına zəhər içirdib pəncərədən atdı


RƏYLƏR