Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanlılar İrəvanı ələ keçirəcək? - Erməni polisi

Azərbaycanlılar İrəvanı ələ keçirəcək? - Erməni polisi

Tarix: 19 Oktyabr 2022 23:48

Ermənistana 150 min dollarlıq investisiya yatıran şəxsin vətəndaşlıq ala biləcəyi ilə bağlı qanun layihəsi ətrafında müzakirələr davam edir.

Sonxeber.net axar.az-a istinadən bildirir ki, Ermənistan Hesablama Palatasının sədri Nairi Sərkisyan bu qərardan istifadə edərək, azərbaycanlıların kütləvi surətdə vətəndaşlıq alacağı və Ermənistanda hakimiyyətə gələcəyindən "narahatlığını" bildirmişdi.

Bu mövzuda danışan Ermənistan Polisinin rəis müavini Ara Fidanyan deyib ki, vətəndaşlıq üçün yalnız 150 min dollarlıq investisiya deyil, başqa standartlar da tətbiq ediləcək:

"Bu, hələ ki, qanun layihəsidir. Daha ətraflı təfərrüat hökumətin qərarından sonra olacaq. Müəyyən etdiyimiz bütün mümkün riskləri aradan qaldırmağa çalışacağıq".

Jurnalistlərin "azərbaycanlılar və türklər qanunun qəbul olunacağı halda 150 min dollar investisiya yatıraraq, Ermənistan vətəndaşı ola bilərlər" istiqamətində sualına isə Fidanyan bu cür cavab verib:

"Birincisi, vətəndaşlığın verilməsi müəyyən şəxslər dairəsi ilə məhdudlaşacaq. Biz qanuna milli kimliklə bağlı məsələ sala bilmərik, ancaq bütün risklər mütləq öyrəniləcək.

O ki qaldı "Azərbaycan vətəndaşı", bu, nisbi anlayışdır. Bu məntiqlə Rusiya vətəndaşı da milliyyətcə azərbaycanlı ola bilər. Ona görə də biz təkcə vətəndaşlıq amilinə diqqət yetirmək fikrində deyilik".

Xatırladaq ki, ermənilərin bu qanun layihəsindən niyə bu qədər panikaya düşdüyü anlaşılmazdır. Azərbaycanlıların kütləvi surətdə Ermənistanın olmayan iqtisadiyyatına "investisiya" yatıracağı və yaxud bu dalan kvazidövlətin vətəndaşlığını almaq istəyinin şiddətli olduğunu bu xalqa kim deyib?

Amma bütün hallarda bu, azərbaycanlılara qarşı fobiya və yaxud nifrətdən doğmur; bu, ermənilərin genetik yaddaşıdır. Ermənilər hər zaman bizə ona görə nifrət ediblər ki, bizim torpaqlarımızda oturduqlarını bilirlər.

Yerin Sahibi Olanların bir gün mütləq geri qayıdacaqlarının da labüd olduğunu anlayıblar və buna görə canlarında əbədi qorxu var.


Etiketlər:  Azərbaycanlılar İrəvanı ələ keçirəcək Erməni polisi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ