Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

UNESCO rəsmisi: Bakı Forumu dünya qarşısında duran çağırışlarla bağlı səmərəli müzakirələr aparmaq üçün böyük imkanlar verir

UNESCO rəsmisi: Bakı Forumu dünya qarşısında duran çağırışlarla bağlı səmərəli müzakirələr aparmaq üçün böyük imkanlar verir

Tarix: 2 May 2019 12:27

Bakı. Elçin Mehdiyev - Trend:

Bakıda “Ayrı-seçkilik, qeyri-bərabərlik və zorakı münaqişəyə qarşı fəaliyyət naminə dialoq quraq” şüarı altında keçirilən V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu dünya qarşısında duran çağırışlarla bağlı səmərəli müzakirələr aparmaq üçün böyük imkanlar verir.

Trend-in məlumatına görə, bunu UNESCO-nun Sosial və Humanitar Elmlər üzrə Baş direktorunun müavini Nada Al-Nashif Forum çərçivəsində beynəlxalq təşkilatların yüksək səviyyəli panelində müzakirələr zamanı deyib.

Al-Nashif bildirib ki, bu gün insanların fikirərində sülhü və təhlükəsizliyi təbliğ etməyə ehtiyac var. O qeyd edib ki, dünyada sülhün və təhlükəsizliyin təmin edilməsi üçün dialoqun və tərəfdaşlığın mühüm rolu var:

“Bu gün dünyanın daha geniş dialoqa, tərəfdaşlığa ehtiyacı var. Bu baxımdan Bakı Forumu səmərəli müzakirələr aparmaq üçün böyük imkanlar verir. Forum dünyanın tanınmış ekspertlərini bir araya gətirir, səmərəli fikir və təcrübə mübadiləsi aparılır”.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  UNESCO rəsmisi Bakı Forumu dünya qarşısında duran çağırışlarla bağlı səmərəli müzakirələr aparmaq üçün böyük imkanlar verir


RƏYLƏR