Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Oktyabr 2022 21:54
Böyük Britaniyanın keçmiş Baş naziri Boris Consonun Baş nazirlik uğrunda mübarizəyə qoşula biləcəyi iddia edilib.
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, "Teleqraf"da çıxan xəbərdə Consonun istefa verdiyini açıqlayan Liz Trassın yerinə partiya daxilində Baş nazirlik yarışına qatılacağı bildirilib.
Hazırda Dominikan Respublikasında istirahətdə olan Conson bu haqda rəsmi açıqlama verməyib.
Qeyd edək ki, Boris Conson iyulun 7-də hakim Mühafizəkarlar Partiyasının lideri vəzifəsindən istefa verib.