Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Azərbaycan Dəmir Yolları'' Bakı-Sumqayıt qatarını gecikdirən SƏBƏBİ açıqladı

''Azərbaycan Dəmir Yolları'' Bakı-Sumqayıt qatarını gecikdirən SƏBƏBİ açıqladı

Tarix: 3 Oktyabr 2019 11:00

Bakı. Ceyhun Ələkbərov - Trend:

Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarlarında ləngimə qeydə alınıb.

Bunu Trend-ə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhimdar Cəmiyyətindən (QSC) bildiriblər. Gecikməyə səbəb isə, Keşlə stansiyasında yan qidalandırıcı xətdə texniki nasazlıq olub:

"Bu gün Keşlə stansiyasında yan qidalandırıcı xətdə texniki nasazlıq yarandığından Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkətində qısa ləngimə olub. Nəticədə 6008 və 6010 saylı qatarlar qrafikdən çıxıb. Operativ tədbirlər nəticəsində 25 dəqiqə ərzində nasazlıq aradan qaldırılıb. Hazırda Bakı-Sumqayıt-Bakı marşrutu ilə elektrik qatarları cədvəl üzrə hərəkət edir".

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Azərbaycan Dəmir Yolları Bakı Sumqayıt qatarını gecikdirən SƏBƏBİ açıqladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ