Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Aygün Kazımovanın Rəsulla dəniz kənarındakı görüntüləri gündəm oldu - FOTO

Aygün Kazımovanın Rəsulla dəniz kənarındakı görüntüləri gündəm oldu  - FOTO

Tarix: 21 Oktyabr 2022 16:00

Xalq artisti Aygün Kazımova duet ortağı Rəsul Əfəndiyevlə növbəti layihəsini təqdim edib. 

Sonxeber.net xəbər verir ki, sənətçilər "Погоди, постой" (Dayan, gözlə) adlı ifanı dinləyicilərin ixtiyarına verib.   

Mahnının musiqisi Kazımcana, sözləri isə Orxan Qarabasmaya məxsusdur.  
Aygün ilə Rəsul duetlərinin promosu üçün fotoqraf Vüsal Adıgözəlovun obyektivinin qarşısına keçib. İkili dəniz sahilində verdikləri pozları ilə diqqət çəkiblər.   

Xalq artistinin imici üzərində məşhur stilist Ruxa, Rəsulun tərzi üzərində isə stilist Fuad çalışıb.  

Qeyd edək ki, A.Kazımova ilə R.Əfəndiyevin yeni dueti artıq bir sıra musiqi platformarında yayımdadır.  


Etiketlər:  Aygün Kazımovanın Rəsulla dəniz kənarındakı görüntüləri gündəm oldu FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ