Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanlı müğənni Türkiyədə ərə gedib?

Azərbaycanlı müğənni Türkiyədə ərə gedib?

Tarix: 21 Oktyabr 2022 16:30

Müğənni Aysel Əlizadənin evlənib boşandığı iddia olunub.

Sonxeber.net olay-a istinadən yazır ki, bu barədə ifaçı Sevinc Ağaşirinova "Səhər mərkəzi" proqramında danışıb.

O bildirib ki, Aysel Əlizadə gizli şəkildə Türkiyədə ailə qurub, daha sonra isə izdivacı uğursuz alındığı üçün boşanıb:

"Türkiyədə yaşayırdı. Eşitmişdim ki, orada ərə gedib. Sonra dedilər, boşanıb. Özündən eşitməmişdim, evləndiyini dedilər, söylədim ki, Allah xoşbəxt etsin. Haradasa 1 ildir məlumatım yoxdur".

Qeyd edək ki, bir müddət əvvəl A. Əlizadə sosial media hesabını bağlayıb, gözlərdən itmişdi. Gizli evliliyin də bu dövrə təsadüf etdiyi güman olunur.


Etiketlər:  Azərbaycanlı müğənni Türkiyədə ərə gedib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ