Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

1 yaşlı qızın ölüm səbəbi dəhşətə gətirir

1 yaşlı qızın ölüm səbəbi dəhşətə gətirir

Tarix: 21 Oktyabr 2022 20:46

Rusiyada, Krasnoyarsk diyarında bir yaşlı qız plastilinlə oynayıb, onu yeyib və ölüb.

Sonxeber.net bildirir ki, bu barədə "Borus" Telegram kanalı məlumat yayıb.

Uşaq anası ilə birlikdə Karabula kəndində yaşayıb. Səhhəti pisləşdikdən sonra qız Boquçanski Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlər ona kəskin ağızdan zəhərlənmə diaqnozu qoyublar. Daha sonra uşaq Krasnoyarskdakı regional perinatal mərkəzə aparılıb və orada ölüb.

Regional İstintaq Komitəsi öz saytında uşağın ölümünü təsdiqləyib. Şöbədən verilən məlumata görə, qız qusma və halsızlıq şikayətləri ilə xəstəxanaya daxil olub. Oktyabrın 18-də o, həkimlərin onu reanimasiya etmək cəhdlərinə baxmayaraq dünyasını dəyişib.

Uşağın zəhərlənməsinin dəqiq səbəbi müstəntiqlərin təyin etdiyi ekspertizadan sonra müəyyənləşəcək. Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 109-cu maddəsinin 1-ci hissəsi ("Ehtiyatsızlıqdan ölümə səbəb olma") ilə iş başlanıb.

İrfan Vəliyev


Etiketlər:  yaşlı qızın ölüm səbəbi dəhşətə gətirir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ