Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Oktyabr 2022 22:16
"Belarusun bu gün heç bir müharibəyə ehtiyacı yoxdur"
Sonxeber.net musavat.com-a istinadən bildirir ki,bu fikri Belarus prezidenti Aleksandr Lukaşenko deyib.
Qeyd edək ki, bu gün Belarus dövlətinin başçısı Baranoviçi rayonu yaxınlığında Obuz-Lesnovski poliqonunda olub. Burada Belarus Hərbi sənaye komitəsi Belarus istehsalı olan silah, hərbi və xüsusi texnika nümunələrinin döyüş qabiliyyətini nümayiş etdirir.
"Kənardakı ulamalara fikir verməyin. Bizim bir yerə getmək fikrimiz yoxdur. Hazırda müharibə yoxdur. Bu, bizə lazım deyil", - deyə "Sputnik Belarus" xəbər agentliyi Lukaşenkonun sözlərindən sitat gətirib.
"Biz sakitləşməliyik. Müharibə olmamasını istəyiriksə, hər kəs öz işi ilə məşğul olmalıdır", - deyə Belarus lideri vurğulayıb.