Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qazaxıstanda prezidentliyə namizədlərin qeydiyyatı başa çatıb

Qazaxıstanda prezidentliyə namizədlərin qeydiyyatı başa çatıb

Tarix: 21 Oktyabr 2022 22:36

Qazaxıstan Mərkəzi Seçki Komissiyası (MSK) prezident seçkilərində iştirak etmək üçün namizədlərin qeydiyyatını başa çatdırıb.

Milli.Az "report"a istinadən bildirir ki, qeydiyyat rəsmi olaraq yerli vaxtla saat 18:00-da başa çatıb və bundan sonra ölkədə seçkilər ərəfəsində "sükut günü"nə qədər (noyabrın 19-u saat 00:00-a qədər) davam edəcək təşviqat kampaniyası başlayıb.

MSK-nın iclasında komissiya üzvləri qanunvericiliklə nəzərdə tutulmuş sənədləri tam təqdim etmədiklərinə görə üç namizədi qeydiyyata almayıblar. Beləliklə, altı namizədə, o cümlədən hazırkı prezident Kasım-Jomart Tokayevə təşviqat kampaniyası aparmağa icazə verilib.

Milli.Az


Etiketlər:  Qazaxıstanda prezidentliyə namizədlərin qeydiyyatı başa çatıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ