Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Boris Conson Baş nazir seçiminə qatılacaq

Boris Conson Baş nazir seçiminə qatılacaq

Tarix: 21 Oktyabr 2022 23:24

Boris Conson Baş nazirlik seçiminə qatılacaq.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Boris Consonun dostu, deputat Ceyms Dadric "Sky News"a açıqlamasında bildirib.

Boris Conson Ceyms Dadric ilə telefon danışığında liderlik yarışına hazır olduğunu və bunu edəcəyini bildirib.

Millət vəkili əlavə edib ki, Boris Conson hazırda Karib dənizindəki tətilindən Böyük Britaniyaya qayıdır.

Boris Conson kabinetin dörd nazirinin dəstəyini qazanıb. Onun liderlik yarışına qatıla bilməyi üçün, Mühafəzakarlar Partiyasının 100 deputatının dəstəyi lazımdır.

Hazırda partiyada 357 deputat var. Onlardan 148-i bir neçə ay əvvəl etimad səsverməsində Boris Consonun əleyhinə səs verib.

Əgər onlar yenidən Boris Consonu dəstəkləməkdən imtina edərlərsə, səs verə biləcək 209 deputat qalır.

Geriyə qalan səslər B.Consonun rəqiblərinə də gedə bilər.

Milli.Az


Etiketlər:  Boris Conson Baş nazir seçiminə qatılacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ