Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Conson geri qayıdır: Görüşlər başladı

Conson geri qayıdır: Görüşlər başladı

Tarix: 22 Oktyabr 2022 19:00

Britaniya tarixində ən qısa baş nazirlik macərasını yaşamış Liz Trass istefa verdikdən sonra əvvəlki baş nazir Boris Consonun adı səhnə arxasında danışılmağa davam edir.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, Conson da hakimiyyəti götürmək üçün Karib dənizi tətilini yarımçıq qoyaraq ölkəsinə qayıdıb.

Liz Truss İngiltərədəki təzyiqlər nəticəsində istefa vermək qərarına gəldikdən sonra gözlər keçmiş baş nazir Boris Consona çevrilib. Kresloya oturmaq üçün danışıqlar apardığı iddia edilən Consonun Londona çatdığı bildirilir.

Sky News Boris Consonun Britaniyanın British Airways aviaşirkətinin təyyarəsində əks olunduğu fotonu paylaşıb.

Baş nazirlik üçün Consonun özünün dövründə seçilmiş iqtisadiyyat naziri Rişi Sunak ilə bölüşməsi gözlənilir.

Britaniya mediasına danışan mənbələr Trassın Consonu dəstəkləyəcəyini, keçmiş daxili işlər naziri Suella Bravermanın da Consonun arxasında olacağını bildirib.

Digər tərəfdən Conson və Sunakın barışması üçün partiya daxilində lobbiçilik fəliyyətinə başlamıldığı öyrənilib.

Milli.Az


Etiketlər:  Conson geri qayıdır Görüşlər başladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ