Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türk İnvestisiya Fondunun yaradılması ilə bağlı qərar qəbul ediləcək

Türk İnvestisiya Fondunun yaradılması ilə bağlı qərar qəbul ediləcək

Tarix: 22 Oktyabr 2022 20:00

Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində investorlar üçün şərait yaradırıq.

Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Nazir bildirib ki, xüsusilə Orta Dəhlizin canlandırılması üçün yollar axtarırlar: "11 Noyabrda Səmərqənddə baş tutacaq Türk Dövlət Təşkilatının Zirvə görüşündə Türk İnvestisiya Fondunun yaradılması ilə bağlı qərar qəbul edəcəyik. Bu, Türkiyənin təklifi idi. Ümid edirik ki, üzv dövlətlər də bunu qəbul edəcək".

XİN rəhbəri qeyd edib ki, Azərbaycan, Qazaxıstan və Özbəkistanla təsis etdikləri platformalar çərçivəsində enerji, ticarət və digər sahələrdə əməkdaşlığı dərinləşdirirlər.


Etiketlər:  Türk İnvestisiya Fondunun yaradılması ilə bağlı qərar qəbul ediləcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ