Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rektor özünü GÜLLƏLƏDİ

Rektor özünü GÜLLƏLƏDİ

Tarix: 22 Oktyabr 2022 21:08

Ukraynada Boris Qrinçenko adına Kiyev universitetinin rektoru Viktor Oqnevyukun meyiti tapılıb.

Kiyev polisinin mətbuat katibi İrina Pryanişnikova məlumatı təsdiqləyib. O bildirib ki, qohumları rektoru evində güllələnmiş vəziyyətdə aşkarlayıblar. Onu xilas

etməyə çalışsalar da, uğursuz olub. Qrinçenkonun özünü odlu silahla öldürdüyü məlum olub.

Hazırda faktla əlaqədar araşdırma aparılır.

"Meyit məhkəmə-tibbi ekspertizaya göndərilib... Biz əsas versiyalardan birini nəzərdən keçirərik - bu, intihardır. Ən azı hadisənin bütün halları bundan danışır", - polisdən jurnalistlərə bildirilib.

Həmin şəxsin 63 yaşında olduğu və genişmiqyaslı müharibənin başlaması ilə ərazi müdafiəsi sıralarına qoşulduğu qeyd edilir.

Rektorun ov tüfəngi ilə özünü sinəsindən vurduğu bildirilir

Milli.Az


Etiketlər:  Rektor özünü GÜLLƏLƏDİ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ