Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Oktyabr 2022 08:33
Xəstəliyin əmələ gəlməsinə onurğanın travmaları və onurğa beyinin damar sisteminin inkişaf anomaliyası səbəb olur.Bu anomaliyalardan ən çox rast gəlinənləri aşağıdakılardır:
* intramedulyar tekeangioektaziyalar
* arteriovenoz malformasiyalar
* anevrizmalar
Nadir hallarda hematomieliya,hemorragik diatez,infeksion vaskulitlər də hemorragik spinal insultun baş verməsinə səbəb ola bilir.
Xəstəliyin ilkin xəbərverici əlaməti insult baş verməzdən əvvəl müşahidə edilən seqmentar xarakterıi intensiv ağrıların baş verməsidir.Ağrılar olduğu zaman hərəki və hissi pozulmalar sürətlə inkişaf edir.Amma bu patologiyaların baş vermə sürəti işemik insultdakından ləng gedişə malik olur.
Hemorragik spinal insult zamanı onurğa beyin bütövlüklə zədələnir və məhdud qansızmalar baş verir.Məhdud qansızmaların baş verməsinin səbəbi mikroskopik damar anomiyalarıdır.Hematoma adətən onurğa beyinin ikitərəfli inkişaf edən zədələnməsini əmələ gətirir.Bunun diaqnozunun təsdiqlənməsi onurğa beyin maddəsində qan qarışıqlarının,sonra isə ksantoxromiyanın aşkar edilməsidir.
Bəzən qansızmanın ilk günlərində onurğa beyin maddəsində zülal-hüceyrə parçalanması və subaraxnodial sahənin tam və ya hissəvi blokadası müşahidə olunur.
Hemorragik spinal insultun kəskin dövründə aparılan müalicə baş beyin qansızmalarında olduğu kimidir.Xəstəliyin müalicə dövründə xəstənin sidik kisəsinin vəziyyətinə nəzarət edilir,yataq yaralarının qarşısını almaq üçün profilaktik tədbirlər görülür.