Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

BMT: Ermənistanda yarım milyon insan aclıqdan əziyyət çəkir - STATİSTİKA

BMT: Ermənistanda yarım milyon insan aclıqdan əziyyət çəkir - STATİSTİKA

Tarix: 23 Oktyabr 2022 10:32

Ermənistanda yarım milyon insan aclıqdan əziyyət çəkir.

Sonxeber.net "Report"a istinadən xəbər verir ki, bu barədə statistik məlumat BMT-nin Ümumdünya Ərzaq Proqramının "Aclıq xəritəsi"ndə yer alıb.

Məlumata görə, Ermənistanda 500 min insan qida çatışmazlığı ilə üzləşib.

Qeyd edilir ki, hazırda Ermənistan əhalisinin sayı 3 milyon nəfərdir.

Eyni zamanda, qeyd edilir ki, son bir ayda qida çatışmazlığından əziyyət çəkənlərin sayı daha 10 min nəfər artıb.

Xəritəyə əsasən, ölkədə 5 yaşa qədər uşaqların təxminən 4,4 faizi kəskin, 9,4 faizi isə xroniki qida çatışmazlığından əziyyət çəkir.


Etiketlər:  Ermənistanda yarım milyon insan aclıqdan əziyyət çəkir STATİSTİKA


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ