Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Mətanət İsgəndərli oğlunun qalmaqallı boşanmasından danışdı

Mətanət İsgəndərli oğlunun qalmaqallı boşanmasından danışdı

Tarix: 24 Oktyabr 2022 12:00

Əməkdar artist Mətanət İsgəndərli oğlu Kərimin boşanmasından danışıb. 

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, müğənni bu haqda "Axşamın havası" proqramında bəhs edib. O bildirib ki, övladı onun ucbatından əziyyət çəkib:

"İnsanlara inandığıma görə başım çox əziyyət çəkib. Ana övladlarını qorumalıdır. Ürəyimin təmizliyindən balam da əziyyət çəkib. Oğluma deyirəm ki, bizim imtahanımızdır. Allah bizi imtahana çəkir. Allaha yalvar ki, bizi bundan çətin imtahana çəkməsin və bundan üzüağ çıxartsın". 

Qeyd edək ki, İsgəndərlinin oğlu Kərim keçmiş həyat yoldaşı Canana ilə qalmaqallı şəkildə ayrılıb. Onların bu nikahdan olan 3 övladı hazırda atası ilə yaşayır. Kərim ikinci dəfə ailə qurub və yenidən ata olmağa hazırlaşır.


Etiketlər:  Mətanət İsgəndərli oğlunun qalmaqallı boşanmasından danışdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ