Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Oktyabr 2022 08:40
Dönər qiymətləri ilə bağlı Almaniya kansleri Olaf Şoltsa qarşı etiraz aksiyası keçirilib.
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, Baş nazirə qarşı olan etiraz sosial mediada gündəmə gəlib.
Sosial mediada paylaşılan görüntülərdə Şoltsun Münhendəki görüşləri zamanı bir nəfər "Əziz Şolts, dönər 8 avrodur. Putinlə danış, dönər yenə 4 avro olsun", deyib.
Şolts qiymət artımına etiraz edən şəxsə gülümsədikdən sonra ofis maşınına əyləşərək ərazini tərk edib.