Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qaziyə niyə əlillik təyin olunmur? - VİDEO

Qaziyə niyə əlillik təyin olunmur? - VİDEO

Tarix: 25 Oktyabr 2022 15:18

Vətən müharibəsi iştirakçısı olan 21 yaşlı tovzulu gənc əlillik dərəcəsini ala bilmədiyini idda edir. O, Xocavənd uğrunda gedən döyüşlərdə ağır yaralanıb. Cavid İsaqov əmək qabiliyyəti itirdiyini, heç bir yerdə işləyə bilmədiyini deyir. İddia edir ki, əlillik dərəcəsinin təyinatı üçün etdiyi müraciətlərə imtina cavabı gəlir. Aidiyyəti qurum məsələ ilə bağlı açıqlama verib.

Sonxeber.net Xəzər Xəbər-ə istinadən xəbər verir ki, Tovuz sakini Cavid İsaqov ordu sıralarından tərxis olunmasına iki ay qalmış Vətən Müharibəsində torpaqlarımızın ərazi bütövlüyü uğrunda döyüşlərə qatılıb. O, Xocavənd rayonu istiqamətində gedən döyüşlər zamanı ağır yaralanıb.

Onun sözlərinə görə bir müddət ev şəraitində müalicə alıb. Daha sonra müalicəsini xəstəxanada davam etdirib. Cavid İsaqov hazırda əmək qabiliyyətinin olmadığını deyir. İddia edir ki, aldığı xəsarətlərə görə əlillik dərəcəsinin təyin olunması üçün aidiyyatı üzrə müraciətlər etsə də, sorğularına imtina cavabı gəlib.

Məsələ ilə bağlı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya agentliliyin şöbə müdiri Tural Qurbanov bildirib ki, Cavid İsaqovun əlilliyinin qiymətləndirilməsi məqsədilə qeydiyyatda olduğu tibb müəssisəsi tərəfindən Əlillik altsisteminə göndərişi daxil edilib. Göndərişin səbəbi ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar olduğu üçün o, oktyabrın 25-də Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində əyani müayinə ediləcək. Məhz əyani müayinənin nəticəsinə uyğun olaraq müvafiq qərar veriləcək.


Etiketlər:  Qaziyə niyə əlillik təyin olunmur VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ