Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Oktyabr 2022 15:32
Bu həftə Nyu-Yorkda ABŞ-ın keçmiş prezidenti Donald Trampın "The Trump Organization" şirkətinin məhkəməsi başlayacaq.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, məlumata görə, o, işçilərinə az maaş vermək sxemi ilə vergidən yayınmaqda ittiham olunur.
Prokurorluğun iddiasına görə, "The Trump Organization" 15 il ərzində top-menecerlərin maaşlarını və mükafatlarını real miqdardan daha az göstərib və nəticədə onlar daha az vergi ödəyiblər.
Rəsmi ittiham vergi fırıldaqçılığı və sənədlərin saxtalaşdırılması üzrə irəli sürülüb. Trampın təşkilatını 1,6 milyon dollara qədər cərimə gözləyir.