Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Xarici dövlətlərin hərbi attaşeləri hərbi liseydə olublar - FOTO

Xarici dövlətlərin hərbi attaşeləri hərbi liseydə olublar - FOTO

Tarix: 26 Oktyabr 2022 10:21

Azərbaycan Respublikasında akkreditə olunmuş xarici ölkələrin hərbi attaşeləri Cəmşid Naxçıvanski adına Hərbi Liseyi ziyarət ediblər.

Müdafiə Nazirliyindən Milli.Az-a verilən xəbərə görə, qonaqlar əvvəlcə hərbi liseyin Heydər Əliyev Muzeyinə gələrək burada Ümummilli Liderin xatirəsinə ucaldılmış abidə önünə gül dəstələri qoyub, Ulu Öndərin həyat və siyasi fəaliyyətini əks etdirən foto-guşə ilə tanış olublar.

Xarici ölkələrin hərbi nümayəndələrinə hərbi liseyin tarixi və fəaliyyəti barədə ətraflı brifinq təqdim edilib.

Daha sonra qonaqlar təhsil müəssisəsinin ərazisi, tədris korpusları və maddi-texniki bazası ilə tanış olub, tədris prosesini izləyiblər.

Hərbi attaşelər təhsil müəssisəsinin xatirə kitabına ürək sözlərini yazıblar.

Sonda qarşılıqlı hədiyyələr təqdim olunub, xatirə fotosu çəkdirilib.

Milli.Az


Etiketlər:  Xarici dövlətlərin hərbi attaşeləri hərbi liseydə olublar FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ