Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Hansınız mənim çəkdiyim acını yaşamısınız?''

''Hansınız mənim çəkdiyim acını yaşamısınız?''

Tarix: 26 Oktyabr 2022 16:42

Türkiyəli model-aparıcı Ebru Şallının həyat yoldaşı Uğur Akkuşdan şiddət görməsi ilə bağlı yayılan iddialar təkzib olunmasına rəğmən davam edir.

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, model bu dəfə məsələyə daha sərt münasibət bildirib. O, şiddətə məruz qalsaydı bunu gizlətmədi deyə vurğulayıb:

"Artıq nəsə yazmaq və açıqlamaq istəmirəm. Açıqlamamı etmişəm. Bunun üstünə birini yayıma qoşub davam etmək nədir? Məni proqrama çağırdınız, amma danışacaq heç nəyim yoxdur deyə gəlmirəm. Soruşdunuz, mən də dedim. Bitdi, mövzu bağlandı. Siz ailə deyilsiniz? Ailə arasında, ər-arvad arasında mübahisə, fikir ayrılıqları olur. Sizdə olmur? Yoxsa robot kimi yaşayırsınız? Anlamıram. Şiddət görsəm deyərəm, həm də özüm də şiddətimi göstərərəm. İstədiyiniz məni kədərləndirməkdirsə, oldu, bacardınız. Hansınız mənim yaşadığım acını yaşamısınız? Bu dərdə hansınız dözə bilər? Övladını itirən ana var qarşınızda. Əsl şiddəti siz mənə edirsiniz. Artıq hər kəs bir özünə gəlsin".

Qeyd edək ki, Ebru və Uğur 2019-cu ildə ailə hayatı qurub. Aparıcının 10 yaşlı oğlu Pars limfa vəzində aşkarlanan xərçəngdən əziyyət çəkirdi. O, 2020-ci ilin aprelində xəstəxanada vəfat edib.


Etiketlər:  Hansınız mənim çəkdiyim acını yaşamısınız


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ