Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rus qoşunlarına əmr gəldi - “Bu ərazini itirməyin”

Rus qoşunlarına əmr gəldi - “Bu ərazini itirməyin”

Tarix: 27 Oktyabr 2022 00:02

Rusiya hərbi qüvvələri Svatovski istiqamətində müdafiə xətti qurmağa çalışırlar.

Sonxeber.net teleqraf.com-a istinadən bildirir ki, bu barədə Ukrayna ordusunun Şərq Qüvvələri Komandanlığının sözçüsü Sergey Çerevatı məlumat verib.

"Svatovski istiqamətində hücum davam edir. Bu gün orada beş hərbi maşından ibarət konvoy artilleriya məhv edilib. Həmçinin Luqansk vilayətinin Novoivanovka kəndində sursat anbarı və "Kadırovçu" adlanan bölmədən on nəfər məhv edilib. Düşmən orada müdafiə xətti qurur, relyefdən, mühəndis vasitələrindən maksimum yararlanmağa çalışırlar. Ona görə də bu imkanlarını məhv etmək üçün ilk növbədə artilleriya üzərində işləyirik", - sözçü bildirib.

Çerevatı rus qoşunlarına Svatovskini itirməmək əmri verildiyini söyləyib.

Onun sözlərinə görə, rus ordusu Baxmut və Avdeyev istiqamətində Ukrayna ordusunun müdafiəsini yarmağa çalışsa da, müsbət nəticə əldə bilmir.


Etiketlər:  qoşunlarına əmr gəldi ərazini itirməyin


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ