Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İranda zavodda partlayış: 4 ölü

İranda zavodda partlayış: 4 ölü

Tarix: 27 Oktyabr 2022 08:42

İranın Xuzestan əyalətinin Əhvaz şəhərində oksigen zavodunda partlayış nəticəsində 4 nəfər ölüb, 1 nəfər yaralanıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu Əhvaz şəhər bələdiyyəsinin yanğınsöndürmə idarəsi və təhlükəsizlik xidmətlərinin rəhbəri İbrahim Qənbəri deyib.

Onun sözlərinə görə, yaralı Əhvazın Beqai xəstəxanasına yerləşdirilib.

Qənbəri bildirib ki, partlayışın səbəbi hələ məlum deyil və qəzanın səbəblərinin araşdırılması sabah başlanacaq.

Hadisənin saat 20:20-də baş verdiyini deyən Qənbəri əlavə edib ki, partlayışda zavodun bir hissəsi ziyan görüb.

Milli.Az


Etiketlər:  İranda zavodda partlayış ölü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ