Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yeddi metrlik piton qadını uddu

Yeddi metrlik piton qadını uddu

Tarix: 27 Oktyabr 2022 15:28

İndoneziyanın Cambi əyalətində yeddi metrlik piton 54 yaşlı qadını yeyib.

Milli.Az bildirir ki, bu barədə "The Mirror" məlumat yayıb.

İlan hücumu zamanı qadın plantasiyada kauçuk yığıb. O, axşam saatlarında evə qayıtmayıb və narahat olan ailəsi axtarışa başlayıb. İki gün sonra yaxınlıqda qarnı şişmiş nəhəng piton tapılıb. Onun qarnı yarıldıqda itkin düşənin cəsədi içəridən tapılıb.

Qadının yaşadığı kəndin başçısı Anto pitonun ona hücum etdiyini, daha sonra sarılaraq boğmağa başladığını deyib. Qadın öləndə ilan onu udub. "İndi kəndlilər qorxurlar ki, meşədə daha böyük ilanlar da var", - Anto əlavə edib.

İndoneziyada dünyanın ən böyük ilanları hesab edilən torlu pitonlar var. Onların uzunluğu yeddi metrdən çox ola bilər. İlanlar pusqudan hücum edir, qurbanın ətrafında dolanır, nəfəsi dayanana qədər sıxır və sonra onu bütövlükdə udur.

İrfan Vəliyev
Milli.Az


Etiketlər:  Yeddi metrlik piton qadını uddu


RƏYLƏR