Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Usta təmir üçün gətirilən telfondakı kartlardan 2700 dollar oğurladı

Usta təmir üçün gətirilən telfondakı kartlardan 2700 dollar oğurladı

Tarix: 27 Oktyabr 2022 21:02

Hindistanın Mumbay şəhərindən olan 40 yaşlı Pankadj Kadam telefonu təmir üçün servis mərkəzinə verdikdən sonra 220 min rupi (2 700 dollar) itirib.

Milli.Az bildirir ki, bu barədə "The Times of India" məlumat yayıb.

Kişi təmirçiyə üz tutaraq smartfonun dinamikini düzəltməyi xahiş edib. Xidmət mərkəzinin əməkdaşı işləmək üçün sifariş götürüb və müştəridən SİM kartı götürməməyi xahiş edib.

Ertəsi gün kişi xidmətə qayıdıb, amma onu bağlı görüb. Sonrakı iki gündə də eyni şey olub. Nəhayət, Kadama məlum olub ki, xidmət mərkəzi yenidən işləyir, amma telefonunu təmir edən ustanın yerinə piştaxtanın arxasında başqa bir adam olub. Zərərşəkən şəxs oğurladığı smartfonu və SİM kartı qaytarmağı xahiş etsə də, cihaz tapılmayıb.

Şübhələnən Kadam dostundan bank proqramından istifadə etməsini istəyib və hesabına daxil olub. O, müddətli əmanətinin məbləğinin naməlum bank hesabına köçürüldüyünü biləndə şoka düşüb. Zərərçəkən şəxs polisə müraciət edib və araşdırmanı gözləyir.

İrfan Vəliyev
Milli.Az


Etiketlər:  Usta təmir üçün gətirilən telfondakı kartlardan 2700 dollar oğurladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ