Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bayden Putinlə görüşəcəkmi?

Bayden Putinlə görüşəcəkmi?

Tarix: 28 Oktyabr 2022 07:12

ABŞ indi Rusiya ilə təmasların faydalı olacağına inanmır.

Milli.Az APA-ya istinadən bildirir ki, bu sözləri ABŞ dövlət katibi Entoni Blinken deyib.

O bildirib ki, buna görə də Vaşinqton ABŞ və Rusiya prezidentləri Co Bayden və Vladimir Putin arasında görüş planlaşdırmır.

Onun sözlərinə görə, hazırda hər hansı diplomatik imkanlar olsaydı, ABŞ buna gedərdi.

"Ancaq biz bunu görmürük", - deyə Blinken bildirib.

O, Baydenin G20 sammitində Putinlə görüşmək fikrində olmadığını vurğulayıb.

Blinken əlavə edib ki, Ukrayna ətrafında vəziyyət Moskva və Kiyev arasında birbaşa danışıqların gedişində həll edilməlidir.

Əvvəllər o, "soyuq müharibə"dən sonrakı dövrün bitdiyini, indi dünyanın yeni dünya nizamını müəyyən etmək üçün rəqabətə başladığını bildirib.

Blinken hesab edir ki, dövlətlər dünyada mərkəzi rol oynamağa davam etmək üçün bütün lazımi vasitələrə malikdirlər.

Milli.Az


Etiketlər:  Bayden Putinlə görüşəcəkmi


RƏYLƏR