Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Oktyabr 2022 10:35
Əməkdar artist Dilarə Əliyeva 50 illik yubileyini canlı efirdə qeyd edib.
Sonxeber.net bizim media-ya istinadən xəbər verir ki,aktrisa qonaq olduğu "7 canlı" axşam şousunda xoş sürprizlərlə qarşılaşıb.
Belə ki, verilişin çəkiliş heyəti Dilarənin həyat yoldaşı ""Soy"production"un rəhbəri Oqtay Əliyevin xanımının doğum günü ilə bağlı təbrik müsahibəsini canlı efirdə yayımlayıb.
Oqtay bundan sonra Dilarəyə istədiyi film və seriallara çəkilməsinə razılıq verib:
"Təbrikimin rəsmi tərəfi, sənə sənətdə böyük uğurlar arzu edirəm. Təbrikimin qeyri-rəsmi tərəfi isə, nə ürəyin istəyir elə (gülür). Hansı rola istəyirsən çəkil. Verilişlərin bol olsun. Son zamanlar hiss edirəm ki, nəvələrə meyilli olmusan. Sənə bol nəvə arzu edirəm ki, hərdən birinin evinə gedəsən. Həftədə yeddi gün var. O yeddi günün hər gününü nəvələrinin evinə gedəsən".
Proqramın kuliminasiya nöqtəsində isə verilişin aparıcısı Vüsalə Əlizadə D. Əliyevaya gözlənilməz sürpriz edib.
Belə ki o, aktrisanın 27 yaşlı qızı Aytəni və qız nəvəsi Aygülü studiyaya dəvət edib. Onları görən Əməkdar artist kövrəlib. O, həm qızını həm də nəvəsini qucaqlayaraq, gəldiklərinə görə təşəkkür edib.