Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Pelosinin ərinə hücum edən şəxsin kimliyi müəyyən edildi

Pelosinin ərinə hücum edən şəxsin kimliyi müəyyən edildi

Tarix: 28 Oktyabr 2022 23:06

Polis ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin həyat yoldaşı Pol Pelosiyə hücum edən şəxsin kimliyini müəyyən edib.

Sonxeber.net "qafqazinfo"ya istinadən xəbər verir ki, şübhəlinin 42 yaşlı David Depape olduğu müəyyən edilib. 

Hücum edən şəxs adam öldürməyə cəhd, silahla hücum, yaşlı insanlara qarşı zorakılıq, soyğunçuluq və "bir neçə əlavə cinayət" ittihamı ilə üzləşəcək. San-Fransisko polis rəisi Uilyam Skott bildirib ki, hücumun motivi müəyyən edilir.

Hücum zamanı yaralanan Pol Pelosi beyin əməliyyatı keçirib.


Etiketlər:  Pelosinin ərinə hücum edən şəxsin kimliyi müəyyən edildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ