Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Oktyabr 2022 13:38
2022-ci ildə Konstruktorlar Kubokunun qalibi olan "Red Bull Racing" Beynəlxalq Avtomobil Federasiyası tərəfindən ağır cərimə olunub.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, FİA-nın rəsmi saytının məlumatına görə, "Qırmızı öküz"lər 7 milyon dollar cərimələniblər.
Cəzaya səbəb büdcənin maksimal limiti 1,864 milyon funt-sterlinq aşmasıdır. Bu, ötən mövsüm üçün maksimum büdcə limitindən 1,6 faiz çoxdur.
Qeyd olunur ki, komanda vergi güzəştlərinin düzgün tətbiqi ilə belə lüzumsuz xərclərdən qaça bilərdi.
Xatırladaq ki, cari ildə "Red Bull Racing" 2013-cü ildən bəri ilk dəfə Konstruktorlar Kubokunun qalibi olub. Bu, Maks Ferstappenin ABŞ Qran Prisində qələbəsindən sonra baş verib.