Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İtaliyanın baş naziri ona kişi kimi müraciət olunmasını tələb etdi

İtaliyanın baş naziri ona kişi kimi müraciət olunmasını tələb etdi

Tarix: 29 Oktyabr 2022 16:06

İtaliyada hökumətə başçılıq edən ilk qadın olan Corc Meloni yeni vəzifəsində ona kişi kimi müraciət edilməsini tələb edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, cümə günü ölkənin nazirlik və digər qurumlarına göndərilən sənəddə baş nazirə "cənab Nazirlər Şurasının sədri" kimi müraciət edilməli olduğu göstərilib.

Qeyd edək ki, Meloni həmişə kişiyə xas olan müəyyən edilmiş vəzifə adlarını "qadınlaşdırmağın" əleyhinə çıxış edib. Onun rəhbərlik etdiyi partiyanın adı da "İtaliya qardaşları"dır. Hökumət başçısının kabinetində 24 nazirdən cəmi 6-ı qadındır.

Eyni zamanda, Meloni mitinqlərin birində "mən qadınam, mən xristianam, mən anayam" ifadəsi ilə məşhurlaşıb. O, uşağın doğum sənədlərindəki "ata" və "ana" sətirlərinin "valideyn 1", "valideyn 2" ilə əvəzlənməsi cəhdlərini pisləyib.

Milli.Az


Etiketlər:  İtaliyanın baş naziri kişi kimi müraciət olunmasını tələb etdi


RƏYLƏR