Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Oktyabr 2022 16:40
"Özün valideyn olanda həyatın dəyişir. Uşaqla bağlı sosial şəbəkədə nəsə görəndə ağlayıram. Çünki özüm də atayam. Əvvəl subay idim, belə olmurdum. Qızım Lalə həkim olmaq istəyir. Mənim təzyiqim çox yüksəkdir. Hərdən halım pisləşir, həkim çağırırlar. Onu görür və pis olur".
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aparıcı Elgiz Əkbər "MTV maqazin" proqramında deyib. Aparıcı ailəsini efirdə göstərməyə qarşı olduğunu söyləyib:
"Ailənin televiziyada nə işi var? Yaxşı olmayan hal kimi dəyərləndirənləri başa düşmürəm. Mən aparıcıyam, efirə çıxıram, ailəmin nə işi var? Nə qazanacağam onları efirdə göstərəndə?".