Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bakı-Ələt yolundakı qəzada xəsarət alan 18 nəfər evə buraxıldı

Bakı-Ələt yolundakı qəzada xəsarət alan 18 nəfər evə buraxıldı

Tarix: 29 Oktyabr 2022 21:22

Bakı-Ələt yolunda baş verən qəzada xəsarət alan 18 nəfər ambulator müalicə üçün evə buraxılıb.

Hazırda TƏBİB-in tabeliyindəki tibb müəssisələrində xəsarət alan 5 nəfərin müalicəsinə davam edilir. Xəsarət alanlardan 2-si (vəziyyətləri ağır stabil qiymətləndirilir) Kliniki Tibbi Mərkəzin Reanimasiya şöbəsində, 2-si (vəziyyətləri stabil qiymətləndirilir) Respublika Klinik Xəstəxanasının Təcili tibbi yardım şöbəsində, 1-i (vəziyyəti orta ağır qiymətləndirilir) isə Sabunçu Tibb Mərkəzinin Travmatologiya şöbəsində həkim nəzarəti altındadır.

Xatırladaq ki, hadisə nəticəsində Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkim briqadaları tərəfindən 23 nəfər TƏBİB-in tabeliyindəki müəssisələrinə yerləşdirilib.

Milli.Az


Etiketlər:  Bakı Ələt yolundakı qəzada xəsarət alan 18 nəfər evə buraxıldı


RƏYLƏR