Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

AFFA-dan UEFA-ya etiraz

AFFA-dan UEFA-ya etiraz

Tarix: 4 Oktyabr 2019 02:56

Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda “Qarabağ”ın səfərdə “Düdelanj”a qarşı keçirdiyi oyunda baş verən erməni təxribatına AFFA da etiraz edib.

Qol.az qurumun “Feysbuk” səhifəsinə istinadən xəbər verir ki, matçın ilk hissəsində yaşanan təxribatla bağlı AFFA rəhbərliyi dərhal UEFA rəhbərliyi ilə əlaqə saxlayıb, narazılığını bildirib. Sabah qitə futbol qurumuna rəsmi qaydada müraciət olunacaq.
 
Xatırladaq ki, “Düdelanj” - “Qarabağ” oyununun (1:4) 31-ci dəqiqəsində Ağdam klubunun ikinci qolundan sonra meydançanın üzərində separatçı "Dağlıq Qarabağ" rejiminin bayrağı dronla havalandırılıb. Xoşagəlməz hadisədən sonra baş hakim matçı yarımçıq dayandırıb. Təxminən 20 dəqiqəlik fasilədən sonra oyun davam etdirilib.

 


Etiketlər:  AFFA dan UEFA ya etiraz


RƏYLƏR